Aqrar sığorta 60 rayonda - 10 MİNƏ YAXIN HEYVAN SIĞORTALANIB
Azərbaycanda 2020-ci ilin sonundan tətbiqinə başlanılmış dövlət dəstəkli aqrar sığorta artıq ölkənin əksər ərazilərini əhatə edib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, indiyədək Azərbaycanın 60 rayonunda əkin sahələri və südlük inək-camışlar sığortalanıb.
Kənd təsərrüfatı heyvanlarının sığortası 60-dan artıq rayonu əhatə edib. Bu işlər çərçivəsində ölkə fermerləri tərəfindən istifadə edilən “Braun-Şivis”, “Holştin-friz”, “Jersey”, “Simmental” və yerli cinsli inək-camışlar sığortalanıb. Sığortalanan heyvanların sayı 9,6 minə yaxınlaşıb. Ən çox sığortalanan heyvanlar yerli cinslərdir.
Bundan başqa, indiyədək aqrar sığorta çərçivəsində 15 min hektara yaxın əkin sahəsi sığortalanıb. Sığortalanan əkin sahələri ölkənin 22 rayonunda yerləşir. Ən çox sığortalanan bitkilər – pambıq, buğda, arpa və üzümdür. Əkin sahələrini və heyvanlarını sığorta edənlər arasında həm iri təsərrüfatlar, həm də kiçik sahibkarlar var.
Paralel olaraq aqrar sığorta çərçivəsində sığorta hadisələri və ödənişlərin də həcmi artmaqdadır. Azərbaycanda ilk aqrar sığorta ödənişinin həyata keçirildiyi 29 iyun tarixindən indiyədək heyvandarlıq sahəsində 30-dək sığorta hadisəsi baş verib və ödənişlər həyata keçirilməkdədir.Aqrar sığorta qaydalarına əsasən, hadisə baş verdikdə, bütün sənədlər təqdim edildikdən sonra 7 gün ərzində sığorta ödənişi sahibkarın hesabına köçürülür.
Aqrar sığorta mexanizmi kənd təsərrüfatı sahəsində çalışanların və investorların risklərdən qorunması, aqrar sektorun təhlükəsiz biznes sahəsinə çevrilməsi və davamlı inkişafı üçün tətbiq edilib. Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında Azərbaycanda tətbiq edilmiş aqrar sığorta çərçivəsində 14 növ bitki və südlük inək-camışlar sığortalanır. Qarşıdakı aylarda aqrar sığortanın əhatə etdiyi məhsulların sırası daha da genişləndiriləcək. Sığortalanan bitkilərin sayının indiki 14-dən 40-dək artırılması, eləcə də südlük inək-camışlarla yanaşı, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
20 d. əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 27 d. əvvəl
-
40 d. əvvəl
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Alphabet" şirkəti "Intersect Power"ı 4,75 milyard dollara satın alır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur






















