STP-nin türk tərəfdaşları “ASSAN-STP Panel” işçiləri ilə görüşüb
STP-nin tərəfdaşlarından olan Türkiyə nəhəngi Kibar Holdinqin Assan Panel şirkətinin nümayəndələri “ASSAN-STP Panel” birgə müəssisəsinin işçi heyəti ilə görüşüb.
Görüşün məqsədi kollektivi birgə müəssisədə salamlamaq və region iqtisadiyyatı üçün əhəmiyyətli tərəfdaşlıq kəsb edən yeni layihə ilə bağlı təbrik etmək olub.
Görüş zamanı işçi heyətinə Kibar Holdinq ailəsi və Assan Panel şirkəti haqqında ətraflı məlumatla yanaşı “ASSAN-STP Panel” şirkətinin yaxın gələcək üçün planları barədə də məlumat verilib. Şirkətin əsas hədəflərinin qısa zamanda məhsul çeşidini artırmaq, keyfiyyət göstəricisi olan sertifikatlar əldə etmək, yerli satış və ixracı artırmaq olduğu bildirilibdir.
Qeyd edək ki, STP və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) 2020-ci ildə əməkdaşlıq danışıqlarına başlamış və 2021-ci ildə bu danışıqlar birgə müəssisə yaratmağı nəzərdə tutan müqavilə ilə nəticələnmişdir. 2021-ci ilin mayında artıq STP-nin Sendviç Panelləri zavodunun bazasında “ASSAN-STP Panel” birgə müəssisəsi təsis edilmişdir.
Hyundai, Turkish Airlines, Posco və digər nəhəng beynəlxalq şirkətlərlə birgə müəssisələr qurmuş Kibar Holding-ə aluminium, avtomobil, qida və neft-qaz kimi bir çox sektorda fəaliyyət göstərən şirkətlər daxildir. Həmin şirkətlərindən biri olan Assan Panel Avropa, Yaxın Şərq, Orta Asiya və Afrika daxil olmaqla ümumilikdə 85 ölkəyə ixraclar həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 57 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























