“Taliban” ABŞ-ı hədələyib
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ABŞ-a vaxt qoyub.
“Taliban” nümayəndəsi Süheyl Şahin “Sky News” telekanalına müsahibəsində bildirib ki, ABŞ və Böyük Britaniyaya təxliyə həyata keçirmək üçün əlavə vaxt verilməyəcək, əks halda bunun nəticələri olacaq.
“Bu, “qırmızı xətdir”. Prezident Bayden bəyan edib ki, avqustun 31-dək bütün silahlı qüvvələri Əfqanıstandan çıxaracaqlar. Ona görə də əgər onlar qeyd olunan müddəti uzatsalar, bu, işğalın genişləndirilməsi demək olacaq ki, buna da ehtiyac yoxdur”, - deyə S. Şahin qeyd edib.
“Taliban” nümayəndəsi bildirib ki, ABŞ və Böyük Britaniya təxliyə üçün əlavə vaxt istəsə, mənfi cavab veriləcək: “Bu, aramızda etimadsızlıq yaradacaq. Onlar işğalı davam etmək niyyətində olsalar, bu, adekvat reaksiya doğuracaq”.
Qeyd edək ki, “Taliban” hərəkatının avqustun 15-də paytaxt Kabili tutması ilə Prezident Əşrəf Qani ölkəni tərk edib.
Avqustun 16-da “Taliban”ın siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim Əfqanıstanda müharibənin başa çatdığını bildirib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




