Xaricə işçi göndərənlər üçün: bu ilin ən bahalı ölkəsi
1 işçinin illik xərci 405 min dolları keçir...Bir sıra iri şirkətlər müxtəlif xarici ölkələrdə nümayəndəliklər açır, ora müəyyən sayda işçi göndərir. Bəs belə işçilərin əmək haqqı, yaşayış və digər xərcləri baxımından ən bahalı ölkə hansıdır?
Marja araşdırma şirkəti ECA International-ın bu mövzuda yeni hesabatından ən maraqlı məqamları təqdim edir.
“MyExpatriate Market Pay” araşdırması göstərir ki, ötən il ən bahalı ölkələr siyahısında birinci olan Böyük Britaniya 2021-ci ildə liderliyi əldən verib. əvəzində, Asiyanın ən iri iqtisadiyyatlarından olan Yaponiya 1-ciliyə yüksəlib. Burda bir işçinin ümumi illik xərci 405 min dollardan çoxdur.
Daha sonrakı yerlərdə Hindistan, Çin və Honkonq gəlir. Siyahıda ilk 10-luğu Fransa, ABŞ, İsveçrə, Argentina və Tayvan tamamlayır.
Qiymətləndirmə 3 əsas meyar üzrə aparılır: əmək haqqı, əlavə dəstək paketi (ev kirayəsi, uşaqların məktəb xərcləri, tibbi sığorta və s.) və həmin ölkələrdə ödənilməli olan vergilər. Yaponiyada ev və kirayə xərcləri artdığı halda, Honkonqda birbaşa əmək haqqı daha çox yüksəlib.
Ən bahalı 5 ölkənin siyahısı (İllik):
Yaponiya: əmək haqqı - 86 731 dollar, dəstək paketi - 143 354 dollar, vergilər -175 960 dollar
Böyük Britaniya: əmək haqqı - 73 130 dollar, dəstək paketi - 155 160 dollar, vergilər -176 109 dollar
Hindistan: əmək haqqı - 79 629 dollar, dəstək paketi - 72 236 dollar, vergilər -166 731 dollar
Çin: əmək haqqı - 79 249 dollar, dəstək paketi - 105 109 dollar, vergilər -101 466 dollar
Honkonq: əmək haqqı - 88 392 dollar, dəstək paketi - 156 884 dollar, vergilər -34 124 dollar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




