Paralimpiyaçılar mükafatlandırıldı: 50 - 200 MİN MANAT ALACAQLAR
Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat;
- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat;
- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
XXX
Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif ediildi
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Rəhimov İlqar Elxan oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədov Kamal Cabir oğlu.
XXX
Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Astanov Elvin Əmrah oğlu
Heydari Hamed Moharramali oğlu
Salei Raman Sergeyeviç
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Aslanov Orxan Əlövsət oğlu
Hacıyeva Şəhanə İbadət qızı
Hüseynova Xanım Akif qızı
İsrafilov Vəli Rəşadət oğlu
Kərimova Dürsədəf Muxtar qızı
Rəhimli Hüseyn Natiq oğlu
Şirinli Vüqar Tofiq oğlu
Vəliyeva Lamiyə Rövşən qızı
Vəliyeva Sevda Rasim qızı
Zəkiyev İlham Əzizağa oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abaslı Namiq Zülfüqar oğlu
Məmmədov Pərvin Rasim oğlu
Nəcəfzadə Səid Əli oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Culfayev Alavərdi Abasoviç
Məmmədov Rəşad Nizami oğlu
Zayets Vladimir Vladimiroviç
“Tərəqqi” medalı ilə
Ağakişiyev Fərid İbili oğlu
Əliyev Elvin Adil oğlu
Əliyev Elvin Elman oğlu
Əliyev Rəşad Rauf oğlu
Əliyev Tofiq Zöhrab oğlu
İbrahimov İbrahim Eldar oğlu
Məmmədov Rasim Məmməd oğlu
Məmmədov İmamverdi Ağaverdi oğlu
Nağıyev Mehdi Əli oğlu
Panyutin Oleq Viktoroviç
Zahidov Azad Zakir oğlu.
XXX
XXX
XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
İbişov İlqar Əsgər oğlu
İbrahimov Ramin İbrahim oğlu
Kirillov Fyodor Borisoviç.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
20 litr dizel və ya 10 litr Aİ-92 benzin 1 manat baha başa gələcək
-
27 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 35 d. əvvəl
-
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
20 litr dizel və ya 10 litr Aİ-92 benzin 1 manat baha başa gələcək
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az























