Qazaxıstan Prezidenti taxıl üçün ixrac rüsumunun tətbiqinin erkən olduğunu hesab edir
"Qazaxıstandan taxıl ixracına rüsumların tətbiqi hal-hazırda erkəndir".
Marja xəbər verir ki, bunu çərşənbə axşamı, ölkənin Şimali Qazaxıstan vilayətində işgüzar səfərdə olan Respublika Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Biz ənənəvi olaraq Özbəkistan, Türkmənistan və Əfqanıstan bazarlarına un tədarük edirik. Hesab edirəm ki, bütövlükdə hökumət və Ticarət Nazirliyi tarif tənzimlənməsi məsələləri ilə daha əsaslı məşğul olmalıdır. Hökumət gələcəkdə taxıl üçün ixrac rüsumunun tətbiqi məsələsini qaldırır. Ancaq indi mövcud vəziyyəti nəzərə alaraq, bunu etməyi tez hesab edirəm", - dövlət başçısı bildirib.
Prezidentin sözlərinə görə, ölkə hakimiyyəti əmtəə istehsalçılarına, xüsusilə də un istehsalçılarına kömək etmək üçün subsidiya mexanizmindən istifadə etməlidir.
O, həmçinin aqrar sənaye kompleksini qabaqcıl texnologiyalarla təmin etməyin zəruriliyini bildirib: “Hökumət fermerlərə bu cür avadanlıqların verilməsində kömək etməlidir. Müasir texnologiya olmasa, kənd təsərrüfatımız inkişaf etməyəcək. Buna görə də mənim göstərişlərimə əsasən hökumət müvafiq siyasəti həyata keçirməyə davam edəcək”.
Bundan başqa Prezident, "Kreditlərə gəlincə, bu siyasət davam etdiriləcək. Kredit faizi aşağı olmalıdır. Mən bu məsələyə böyük əhəmiyyət verirəm”,-deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























