Azərbaycan İnvestisiya Şirkəti sahibkarların layihələrlə bağlı müraciətini asanlaşdırıb
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarların layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.
Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır. Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC dövlətimizin başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmilləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
