“MKT İstehsalat Kommersiya” şirkəti “Açıq tarla günləri” tədbirini keçirib - FOTOLAR
Qonaqlar şirkətin innovasiya təsərrüfatlarında sınaq məqsədi ilə əkilmiş pambıq sahələrinin nəticələri tanış olublar.(®️) “MKT İstehsalat Kommersiya” MMC avqust ayının 25-də şirkətin Yevlax İnnovasiya Fermer təsərrüfatında respublikamızın müxtəlif rayonlarından gələn fermer, aqronom və xarici qonaqların iştirakı ilə “Açıq tarla günləri” tədbirini keçirib.
Tədbirin keçirilməsində əsas məqsəd şirkətin innovasiya təsərrüfatlarında sınaq məqsədi ilə əkilmiş pambıq sahələrinin nəticələri ilə ictimaiyyəti tanış etməkdir.
Belə ki, toxum növlərinə, sovka və digər zərərvericilərlə mübarizə üçün istifadə edilən dərmanlama vasitələrinə, həmçinin boy tənzimləmə və suvarma tədbirlərinin tətbiq edilmə növlərinə görə ayrılmış pambıq sahələrində qonaqlar real nəticələrlə tanış olaraq öz qiymətləndirmələrini həyata keçiriblər.
Tədbirdə əkilən toxum növlərinə və istifadə edilən dərman vasitələrinə cavabdeh olan yerli və xarici şirkət təmsilçiləri də iştirak edərək fermerlərin suallarını yerində cavablandırmışdır. Tədbir proqramı çərçivəsində sahələrə baxış keçirildikdən sonra açıq havada müzakirələr aparılıb.
Bu müzakirələrdə pambıqçılıq sahəsində mühüm təcrübələrə malik mütəxəssislərin, yerli və xarici firma təmsilçilərinin və “MKT İstehsalat Kommersiya” MMC-nin fermerlərlə birgə çalışan aqronom və mütəxəssis heyəti çıxışlar edərək, Azərbaycanda pambıqçılığın inkişafı üçün görülməli olan innovasiya tədbirləri haqqında mühüm məsələləri müzakirə etmişdir.
“Açıq tarla günləri” tədbirinin həyata keçirilməsi fermerlərlə şirkət arasında olan əlaqələrin inkişafına, fermerlər və onların istifadə etdiyi dərmanlama, suvarma kimi tədbirləri təqdim edən şirkətlər arasında dialoqun möhkəmlənməsinə, həmçinin “MKT İstehsalat Kommersiya” MMC-nin innovasiya fermer təsərrüfatlarında aparılan pambıq sınaq əkin nəticələri ilə fermerləri tanış edərək ümumilikdə pambıqçılıq sektorunun inkişaf etməsi, məhsuldarlıqda hektar başına düşən sentnerin artmasına xidmət edir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycanın qeyri-neft sektorunda ixrac lideri olaraq, ölkəmizdə pambıqçılığın inkişafını daima dəstəkləmiş və bu istiqamətdə mühüm uğurlara imza atmışdır. İllər boyunca şirkətin fermerlərlə olan birgə çalışmasının nəticəsi olaraq fermerlərin sahədən əldə etdikləri pambıq məhsulunun hektar başına düşən sentner miqdarının artmasını, bitkiyə düzgün qulluq prosedurlarına əməl olunmasını, su israfının qarşısının alınması üçün damlama və pivot suvarma sistemlərinin tətbiq edilməsini misal göstərə bilərik.
“MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafı üçün bu növ tədbirlərin davam edəcəyini, bu sahədə fermer şirkət əlaqələrinin inkişaf etməsi, məhsuldarlığın artması üçün mühüm çalışmaların həyata keçiriləcəyini bildirmişdir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
-
10 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
11 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























