Prezident İlham Əliyev BMT-nin sessiyasında çıxış edəcək
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcəkSentyabrın 14-də BMT Baş Assambleyasının (BA) növbəti, 76-cı sessiyası öz işinə başlayıb.
Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid BMT BA-nın 76-cı sessiyasının prezidenti seçilib. Bununla da BMT BA-nın 75-a sessiyasının prezidenti Volkan Bozkırın (Türkiyə) səlahiyyətləri başa çatıb.
Ənənəvi olaraq, sessiya çərçivəsində yüksəksəviyyəli ümumi müzakirələr keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulan ümumi müzakirələr sentyabrın 21-dən başlayıb və sentyabrın 27-dək davam edəcək.
Müzakirələrin əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş illik hesabatını təqdim edib. Hesabatda beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişaf, insan hüquqlarının müdafiəsi və təşviqi, həmçinin digər önəmli məsələlərə toxunulur.
Pandemiya ilə əlaqədar bu il ümumi müzakirələr seqmentinin hibrid formada, yəni həm fiziki iştirak, həm də virtual (videomüraciət) formada olması nəzərdə tutulub. Bu ilki ümumi müzakirələrin mövzusu belədir: "Ümid vasitəsilə müqavimətin gücləndirilməsi: COVID-19-dan sonra bərpa, dayanıqlığın yenidən qurulması, planetin ehtiyaclarının cavalandırılması, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması”.
Ümumi müzakirələr BMT BA-nın ən önəmli seqmentlərindən biridir. Belə ki, qlobal platforma olan BMT BA-nın bu mötəbər kürsüsündən dövlət və hökumət başçıları istər milli, istərsə də beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı öz baxışlarını, dövlətlərinin siyasətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezident Cozef Baydenin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və bir çox digər dövlət və hökumət başçılarının çıxışları gözlənilir. Bu il müzakirələr zamanı dövlət və hökumət başçıları tərəfindən əsasən COVID-19 pandemiyası, beynəlxalq sülh və təhlükəsizlik, Əfqanıstanda vəziyyət, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və digər önəmli məsələlərə toxunulacağı gözlənilir.
Ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciət formatında çıxışı nəzərdə tutulub. BMT BA-nın bu ilki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edəcək, qalib Azərbaycan xalqını təmsil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
24 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 32 d. əvvəl
- 43 d. əvvəl
-
- 47 d. əvvəl
- 47 d. əvvəl
-
58 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az























