970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünyanın ən borclu əmlak şirkətinin səhmləri bahalaşdı

Qlobal bazarlar "Evergrande"in ödəməsinə fokuslanıb.
AzVak-mobil_resmin_ustu_31
Dünyanın ən borclu əmlak şirkətinin səhmləri bahalaşdı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Çinin çətin vəziyyətdəki inşaat və əmlak şirkəti "China Evergrande Group"un səhmləri, şirkətin yuan istiqrazlarının faiz ödəmələri mövzusunda müzakirə aparmasının ardından şirkətin borc problemini həll ediləcəyi gözləntilərinin artması nəticəsində kəskin bahalaşıb.

Marja xəbər verir ki, "Evergrande" səhmlərinin qiyməti Honq Konq bazarında 32% yüksəlib, 250 milyon səhm əl dəyişdirib. Şirkətin 2022-ci ildək müddəti olan 8,25 faizli dollar istiqrazları 4,4 sent dəyər qazanaraq 29,6 sentə yüksəlib.

"Evengrade"in ölkədaxili əmlak bölməsi birjaya etdiyi açıqlamasında, yuandakı istiqrazlardan birinin faiz ödəməsinin müzakirələr yolu ilə həll edildiyini açıqlayıb. Ancaq şirkət açıqlamasında nə qədər faiz ödənəcəyini və ödəmənin nə vaxt ediləcəyini qeyd etməyib.

Sərmayəçilərin diqqətləri, dünyanın ən borclu əmlak şirkətinin 2022-ci il istiqrazı üzrə 83.5 milyon dollarlıq kupon ödəməsindədir. 

23.09.2021 08:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19