Neft ehtiyatları 2018-dən bu yana ən aşağı səviyyədə - QİYMƏTLƏR ARTIB
Neft qiymətləri, ABŞ-da anbarlarda xam neft ehtiyatlarının 2018-ci ildən bu yana ən aşağı səviyyəyə geriləməsilə əlaqədar olaraq yüksəlib.
Marja xəbər verir ki, hökumətin açıqladığı rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə 3,48 milyon barel azalaraq 414 milyon vedrəyə düşüb.
Avropada təbii qaz çatışmazlığı və qiymətlərin yüksəlməsi sərmayə banklarını neftə dair proqnozlarını yenidən nəzərdən keçirmələrinə gətirib çıxarır. "Goldman Sachs"a görə, əgər bu qış "normaldan daha soyuq keçsə" neft qiymətləri 85 dollara qədər yüksələ bilər. Bankın mövcud ilsonu təxmini 80 dollar səviyyəsindədir.
Banka görə, Avropadakı təbii qazın bahalaşması alternativ qaynaqlara, həm də xam neftə tələbi artıracaqdır. Ida qasırğasından sonra ABŞ-ın Meksika Körfəzi sahilindəki neftayırma zavodlarında yaşanan problemlər də qiymət artımına səbəb ola bilər.
Bakı vaxtı ilə saat 09:20-də Brent nefti 2,7% bahalaşma ilə 76.38 dollardan, Qərbi Texas nefti də 2,7% artımla 72.39 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
-
- 35 d. əvvəl
-
45 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
56 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 57 d. əvvəl
-
1 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
1 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
2 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
2 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Ən çox oxunanlar
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
























