"2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq"
Azərbaycanda 2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq.
Bunu "Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində hazırda işlər aparılır.
"Bu gün dünyada 3,6 mlrd. insanın internetə çıxışı yoxdur. Azərbaycanda da kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilədək Azərbaycanda fiber-optik internetin evə çatdırılmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım infrastrukturun qurulması istiqamətində çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, 2024-cü ilədək Azərbaycanın ən ucqar kəndinə internet çatdırılmış olacaq", - deyə nazir qeyd edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
-
16 d. əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 27 d. əvvəl
-
42 d. əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
2 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb



























