“Sərhədlər məsələsində Ermənistan həqiqəti anlamalıdır”
“Ermənistan ilk olaraq Türkiyə ilə əlaqələrini normallaşdırma istəyində olmalıdır: “Eyni zamanda Azərbaycanla əlaqələrini normallaşdırsın. Türkiyə və Azərbaycanla sərhədlərini müəyyənləşdirsin. Onlar bu işdə bizdən daha çox istəkli olmalıdırlar. Çünki bu olmazsa, demək ki, sərhəd də yoxdur”.
Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, indi Ermənistanda və bəzi xarici siyasətçilər bizi Ermənistan torpaqlarını işğal etməklə günahlandırır: “Birincisi, bu yalandır. İkincisi, Ermənistan bizi işğal edəndə niyə səsinizi qaldırmırdınız? Niyə gözünüzü bağlayırdınız? 30 il ərzində sadəcə işğal deyil, bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edildi. Bütün binalar dağıdıldı. Bunu görmürdünüzmü? Minsk Qrupunun həmsədrləri dəfələrlə orada oldu. Ağdamda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda oldular. Görmürdülərmi? 30 illik işğal dövründə sadəcə 2 dəfə araşdırma missiyası göndərildi və hesabat hazırlandı. Hesabatda ermənilərin törətdiyi bütün cinayətlər göstərildi. Sonuncu missiya təxminən 10 il əvvəl həyata keçirildi. Minsk Qrupu həmsədrlərinə yenidən missiya göndərmələri məsələsində dəfələrlə müraciət etdik. Orada məskunlaşma həyata keçirilirdi. Suriya, Livan və başqa ölkələrdən ermənilər gətirilərək orada məskunlaşdırılırdılar. Bu, bir müharibə cinayətidir. Bütün beynəlxalq konvensiyalara görə, bu müharibə cinayətidir. Bunu etmədilər. Bu işğalı 30 il ərzində görməyən, indi isə olmayan işğalı görən əlbəttə ya kordur, ya da nankordur, ya da sadəcə riyakardır. Bu, daha doğru ifadə ola bilər.
Biz öz ata yurdumuza döndük. 30 ildir, orada yox idik. Əgər Ermənistan sərhədin oradan keçdiyini deyirsə, niyə orada heç kim yoxdu? Əgər ora sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik o dağlara yerləşdik və bizim xəritələrimizə görə, biz öz torpaqlarımıza yerləşdik. Əgər Ermənistan fərqli düşünürsə, gəlsin otursun, bunu müzakirə edək. Bir il çəkər, 5 il çəkər, 30 il çəkər, kim bilir. Yenə bu məsələyə qayıdıram, sərhədlər məsələsində Ermənistan bu gün həqiqəti anlamalıdır. Qısa zamanda şərtlərimizi qəbul edib bu məsələni həll etməlidir ki, hər kəs öz sərhədinin harada olduğunu bilsin”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat sonra
- 54 d. sonra
- 6 d. əvvəl
-
-
16 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
41 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
50 d. əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 54 d. əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib























