Azərbaycanda ilk dəfə olaraq “kriptovalyuta” fənni tədris olunacaq
Azərbaycanda ilk dəfə olaraq, kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsindən Marja-ya verilən məlumata görə, “Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilində MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək.
MBA tələbələri “Kriptovalyutalar və kiber risklər” fənni üzrə elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəsizliyi və kiber risklər, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edəcəklər. Tədris üzrə praktiki təlimlər (workshop) də nəzərdə tutulub, hansı ki, tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılması qaydaları izah ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
30 d. əvvəl
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Microsoft-dan Yaponiyaya 10 milyard dollarlıq investisiya
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Ən çox oxunanlar
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma



















