Azərbaycanda termal və yapışqan stiker kağızların istehsalına başlanıb
Daxili bazar araşdırması mexanizmindən faydalanmış sahibkarlıq subyektləri tərəfindən Bakı şəhərlərində ağıllı ev və bina avtomatlaşdırması sahəsində istifadə olunan avadanlıqların, Mingəçevir şəhərində isə termal kağız və yapışqan stiker kağızların istehsalına başlanılıb.
“ALLSMART TECHNOLOGIES” MMC-nin təsisçisi Elşad Hüseynov bildirib: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ağıllı ev və bina avtomatlaşdırması sahəsində şlaqbaum, domofon, kamera, lift idarə edilməsi, jalüz qaraj qapısı və təhlükəsizlik sistemlərinin istehsalı sahələrində daxili bazar araşdırmasının aparılması üçün müraciət etdik. Bazar araşdırmasına çəkilən xərcin 80%-i dövlət tərəfindən ödənildi. Daxili bazar araşdırması əsasında ağıllı evlər və binaların avtomatlaşdırılmasında istifadə olunan iki yeni məhsul istehsalına başladıq. Hazırda bu məhsullardan Bakıda və regionlarda ağıllı evlərdə və binaların avtomatlaşdırılmasında istifadə olunur. Daxili bazar araşdırması bizə müvafiq sahədə mövcud vəziyyəti və bu avadanlıqlara olan tələbatı öyrənməkdə dəstək oldu”.
“VİOLET” MMC-nin rəhbəri Rami Məmmədov bildirib: “Daxili bazar araşdırması mexanizmindən istifadə etməklə termal və yapışqan stiker kağızların istehsalına başladıq. Bununla da müvafiq məhsullar üzrə xaricdən asılılığı 40%-ə qədər azaltdıq. Çeklərin və barkodların çapında istifadə edilən termal kağızlara tələbat böyükdür. Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı, “MilliÖn”, "Azəriqaz", “Expressbank”, “Rahat” marketlər şəbəkəsi və s. sifarişçilərimiz sırasındadır”.
Qeyd edək ki, 2019-cu ildən etibarən KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. İndiyədək sahibkarların müraciəti əsasında 12, KOBİA-nın təşəbbüsü ilə 9 daxili bazar araşdırması aparılıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat sonra
- 21 d. əvvəl
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
2 saat əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
2 saat əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ən çox oxunanlar
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb





.jpg)







.jpg)



