Çin şirkəti Azərbaycanda keramik plitələr istehsal edəcək - 40 MİLYON DOLLAR SƏRMAYƏ, 400 İŞ YERİ
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərbaycan Vanhong Ceramics Co.” MMC qeydiyyata alınıb.“Azərbaycan Wanhong Ceramics Co.” MMC ilə Sənaye Parkı arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə imzalanıb, MMC-nin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınması haqqında “Sənaye parkının qeydiyyat şəhadətnaməsi” təqdim edilib.
Bununla bağlı keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, qeyri-neft sektorunun inkişafında sənaye zonalarının əhəmiyyətini qeyd edib, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib.
Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin sədri Fan Jiangshan bildirib ki, 100 faiz Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri 40 milyon ABŞ dolları, illik istehsal gücü 15 milyon m2 olan keramik plitələr istehsal edəcək. Zavodda 400 nəfərin daimi işlə təmin olunacaq. Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
Qeyd: Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin Çin, Özbəkistan, Səudiyyə Ərəbistanı və İranda keramik plitələr istehsal edən zavodları var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI


















