Ümumilikdə 205 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tədbirlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər keçirilib, həmçinin müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunub.
Məlumatda qeyd edilib ki, birgə əməkdaşlıq çərçivəsində bugünədək 109 təsərrüfatda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə videomonitorinqlər aparılmiş, 40 pomidor istehsalı müəssisəsinə isə rusiyalı mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilmişdir.
AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun rəhbərliyi arasında aparılan mütəmadi danışıqlar, ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad və görülən işlərin məntiqi nəticəsi olaraq Agentliyin zəmanəti ilə həmin təsərrüfatlarda vizualizasiya aparılmadan “Rosselxoznadzor" tərəfindən 1 noyabrdan daha 18 pomidor istehsalı müəssisəsindən pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360133 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1%-ni təşkil edir.
Qeyd edək ki, pomidor yetişdirilən təsərrüfatlarda zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı effektiv mübarizə tədbirlərinin aparılması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən keçirilən monitorinqlərin miqyası daha da genişləndirilmiş və təsərrüfatların sağlamlaşdırılması istiqamətində sahibkarlara hərtərəfli metodiki köməklik göstərilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 54 d. əvvəl
-
1 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
3 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM











.jpg)










