Bitki yağının qiymətləri rekord səviyyəyə çatıb
Təchizatda fasilələr, yüksək əmtəə qiymətləri, fabriklərin bağlanması və siyasi gərginlik qiymət artımına təsir edir.QLOBAL ƏRZAQ QİYMƏTLƏRİ SON 10 İLİN ƏN YÜKSƏK HƏDDİNƏ ÇATIB
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq qiymətlərinin son 10 ildən çoxdur ki, görünməmiş səviyyədə artdığını açıqlayıb. FAO-nun məlumatına görə, qlobal ərzaq qiymətləri indeksi 2021-ci ilin 11 ayı ərzində 36 faiz, oktyabr ayında isə 3% artaraq 133,2 bala yüksəlib. Bu yeni rekorddur. Əvvəlki rekord 131,9 bənd ilə 2011-ci ildə qeydə alınmışdı.
YAĞ, BUĞDA, SÜD, TAXIL
Bitki yağının qiymətləri oktyabr ayında təxminən 10 faiz artımla rekord səviyyəyə çatıb, taxılın qiyməti isə əvvəlki ilə nisbətən 22%-dən çox artım nümayiş etdirib. 2021-ci ilin 10 ayı ərzində bitki yağlarının qiymət indeksi 86% artaraq 184,8 bəndə çatıb. İşçi qüvvəsinin çatışmazlığı da bütün dünyada ərzaq istehsalı və daşınması xərclərinin artmasına səbəb olub. Buğdanın qiyməti Kanada, Rusiya və ABŞ kimi əsas ixracatçıların zəif məhsuldarlıq dövrü keçirməsi ilə əlaqədar olaraq son 12 ayda demək olar ki, 40 faiz artıb. Süd məhsullarının maya dəyəri də ötən il daşınmada yaranan problemlər səbəbindən təxminən 16 faiz bahalaşıb.
MƏHSUL YIĞIMI VƏ DAŞINMA PROBLEMİ
"Taxıllara gəldikdə, deyə bilərik ki, iqlim dəyişikliyi istehsalın azalmasına səbəb olur. Biz bir çox yerlərdə məhsuldarlığın çox pis olduğu dövrlər də keçirmişik", deyən Curtin Universitetinin Biznes Məktəbinin biznes analitiki Peter Batt BBC-yə açıqlamasında həmçinin, “Digər problem məhsulun ölkədən çıxarılmasıdadır. Məsələn, buraya Avstraliyaya qida daşımaq üçün çoxlu gəmilər gəlir, lakin Covid-19 səbəbilə biz ekipajı qəbul edə bilmirik”, - əlavə edib.
TAXIL TƏDARÜKÜNDƏ PROBLEMLƏR GÖZLƏNİLİR
Macquarie Universitetindən Brigit Busicchia bildirib ki, qlobal bazarlardakı spekulyasiyalar da qiymət dalğalanmasına səbəb olub: "1990-cı illərdən əmtəə fyuçerslərinin tənzimlənməsinin azaldılması və ya ləğv edilməsi institusional investorların bu bazara geniş miqyasda daxil olmasına imkan verdi. Bu, xüsusilə ərzaq idxalından asılı olan ölkələrə təsir edir. Misir və ya digər Yaxın Şərq ölkələri kimi ölkələrin taxıl tədarükündə problem yaşaması gözlənilir”.
Busicchia həmçinin vurğulayıb ki, ərzaq qiymətlərinin yüksəlməsi ən çox aşağı gəlirli təbəqələrdə hiss olunur və bununla onlar yoxsulluğa daha da sürüklənirlər ki, bu da sosial və siyasi gərginliyin artmasına təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)











