Bakıda 3-cü dəfə Biznes idarəçiliyi forumu keçirildi
SAT Group şirkəti tərəfindən təşkil olunmuş, 200-ə yaxın sahibkar, biznes rəhbərinin qatıldığı Biznes idarəçiliyi forumu "Jw Marriott Absheron" hotelində baş tutub. Öz fərqli formatı ilə "Əl-ələ dirçəliş" sloqanı ilə çıxış edən forumda 3 fərqli paneldə moderatorların iştirakı ilə spikerlər çıxış ediblər.
Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş 1 dəqiqəlik sükut və dövlət himni ilə başlayıb. İlkin paneldə "Biznes Strategiyası" mövzusunda danışan moderator və spikerlər eyni zamanda zaldan gələn maraqlı sualları cavablandırıblar.
Nahar fasiləsində yemək masasında gedən müzakirələri növbəti maraqlı mövzu - "İdarəetmə alətləri və trendləri" paneli əvəzləyib. Müxtəlif sektorlar üzrə rəhbər vəzifələrdə çalışan təcrübəli spikerlər öz biznesləri timsalında idarətetmə alətlərini müzakirə ediblər. Kofe fasiləsindən qayıdan forum iştirakçılarını 3-cü panel qarşılayıb.
"Post-pandemiya dövründə idarəetmə" mövzusunda tədbirin sonuna kimi davam edən sonuncu panel digərləri kimi zaldan gələn maraqlı suallarla tamamlanıb.
Sonda xatirə şəkli çəkdirən iştirakçılar yeni fikirlər, yeni əlaqələrlə ayrılıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























