Bir ay sonra pensiya yaşı artırılacaq
İyul ayının 1-dən ölkədə pensiya yaşı artırılır.
"Əmək pensiyaları haqqında" qanuna edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsinə cəmi 1 ay vaxt qaldı.Yeni qanuna əsasən, pensiya üçün kişilərin hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların hazırki yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq. Onu da bildirək ki, 2015-ci ildən qadınlarda pensiya yaş həddi 60 yaş, kişilərdə isə 63 yaş müəyyən edilib. Dəyişiklikləri indiyə qədər pensiyaya çıxanlara şamil edilmir.
Nəzərə çatdıraq ki, hazırda dünyanın əksər dövlətlərində az vəsait xərcləmək məqsədilə pensiya yaşının artırılması istiqamətində addımlar atılır. Qonşu Türkiyədə mərhələli artımla 2048-ci ildən sonra qadınlar və kişilər üçün pensiya yaşının 65 yaş olması planlaşdırılıb. İnkişaf etmiş ölkələrdə isə pensiya yaşı 65-dən başlayır.
Ölkələr üzrə pensiya yaşları aşağıdakı kimidir:
Ölkələr | Qadınlar üçün yaş həddi |
Kişilər üçün yaş həddi
|
Slovakiya | 58 | 61 |
Belçika | 59 | 60 |
Sloveniya | 60 | 62 |
Polşa | 60 | 62 |
Fransa | 60 | 59 |
Yunanıstan | 60 | 62 |
Macarıstan | 60 | 63 |
Avstriya | 60 | 62 |
Çexiya | 61 | 63 |
Danimarka | 61 | 63 |
Lüksemburq | 61 | 62 |
İtaliya | 61 | 61 |
Hollandiya | 62 | 63 |
Fillandiya | 62 | 62 |
İngiltərə | 62 | 64 |
Kanada | 62 | 64 |
İrlandiya | 63 | 65 |
Almaniya | 63 | 63 |
Estoniya | 63 | 64 |
Avstraliya | 63 | 65 |
İspaniya | 63 | 62 |
İsveç | 64 | 65 |
Norveç | 64 | 65 |
İsveçrə | 64 | 66 |
ABŞ | 65 | 66 |
Portuqaliya | 66 | 67 |
İsrail | 66 | 68 |
Yeni Zellandiya | 67 | 67 |
Yaponiya | 68 | 69 |
İslandiya | 69 | 68 |
Meksika | 68 | 72 |
Çili | 71 | 70 |
Koreya | 73 | 71 |
©Oxu.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























