Gəncədə orta maaş artıb - MƏBLƏĞ
2021-ci il noyabrın 1-i vəziyyətinə Gəncə şəhərində muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 min 650 nəfər və ya 3,8 faiz artaraq 45 min 508 nəfər olmuş, onlardan 28 min 224 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 17 min 284 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, muzdla işləyənlərin 24,4 faizi təhsil, 23,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 15,3 faizi sənaye, 12,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,0 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi peşə, elmi və texniki fəaliyyət, 1,5 faizi maliyyə və sığorta fəaliyyəti, 7,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2021-ci ilin yanvar-oktyabr aylarında Gəncə şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 536,7 manat olmuş, dövlət sektorunda 554,8 manat, qeyri-dövlət sektorunda 507,6 manat təşkil etmiş, 2020-ci ilin müvafiq dövrünə nisbətən dövlət sektoru üzrə 3,9 faiz artmış, qeyri-dövlət sektoru üzrə 1,2 faiz azalmışdır.
İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı orta şəhər göstəricisindən çox olmuş, emal bölməsində 563,9 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatında 699,6 manat, maliyyə və sığortada 1158,1 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminatda 827,0 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 557,2 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 27 d. əvvəl
- 40 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb

















.jpg)

