Azərbaycanın 2-ci böyük şəhərinin mehmanxanalarında gecələmələrin sayı kəskin artıb
2021-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində 11 mehmanxana fəaliyyət göstərmiş, onlarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq 12,9 min təşkil etmişdir.
Gəncə Şəhər Statistika İdarəsindən Marja.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,9 dəfə artaraq 12,3 min olmuşdur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 611 olmuşdur ki, bu da ümumi gecələmələrin 4,7 faizini təşkil edir.
2021-ci ilin yanvar-noyabr aylarında mehmanxana xidmətlərindən əldə edilən gəlirlər 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 33,6 faiz artaraq 884,9 min manat olmuşdur. Bunun 71,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 18,9 faizi ictimai iaşə xidmətlərindən, 1,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 18 d. əvvəl
-
1 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
1 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Ən çox oxunanlar
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub








.jpg)







.jpg)
