Artıq 100-dən çox sahibkar CİB Biznesi seçir!
(®) Bu ilin sentyabr ayında CİB tərəfindən təqdim olunan CİB Biznes rəqəmsal ekosistem məhsulu artıq ilk uğurlarından birini qeyd edir.
Bu qısa müddət ərzində artıq 100-dən çox mağaza CİB Biznes sisteminə qoşulub. Mikro, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan bu universal həll bazarda böyük maraq ilə qarşılanmışdır. Ən sevindirici hal isə sahibkarlar tərəfindən nağdsız ödəniş həllərinə olan yüksək tələb olmuşdur.

Hazırda dünyada pərakəndə ticarətdə rəqəmsallaşma geniş yayılmağa başlayır və elektron ticarətə keçid sürətlənir. Elektron ticarətin payı bir çox ölkələrdə pərakəndə ticarətin 50%-nə qədər artmışdır. Azərbaycanda hal-hazırda bu rəqəmin 1-2% səviyyəsində olduğu təxmin edilir. Azərbaycanda bu trendlər yeni-yeni ortaya çıxmağa başlayıb, lakin tələb olunan investisiya, nou-hau və resurs səbəbindən, kiçik və orta bizneslər bu prosesdən geridə qalmış olur. CİB Biznesin həlli məhz bu sahibkarlara sərmayə qoymadan sürətli rəqəmsallaşmağa imkan yaradır. Qoşulan mağazaları cəlb edən ən böyük amil platformanın heç bir öncədən ödəniş və ya xərc olmadan təklif olunmasıdır. Onu da qeyd edək ki, CİB Biznes platforması bulud texnologiyası üzərində işləyir və həm desktop, həm də smartfonlarda istifadə oluna bilir.

Şirkətin hədəfi gələn ilin sonuna qədər mağaza sayını 1.000-ə, 2023-ci ilin sonuna qədər isə 2.000-nə çatdırmaqdır.
CİB Biznes hal-hazırda oflayn və onlayn üçün müxtəlif yeni ödəmə həlləri üzərində də intensiv iş aparır. Elektron ticarət platformasına qoşulan mağazalar həmçinin şirkətin CİB Pay ödəmə həllərinə inteqrasiya olunur. Bu həllər sayəsində şirkətlər bir çox üsullarla ödəməni 24/7 qəbul edə bilir.
Ekosistem həlli olaraq isə CİB Biznes sahibkarlarına CİB mobil tətbiqi vasitəsilə QR ilə ödə (CİB ilə ödə) məhsulu təqdim olunub. Həmçinin Azərbaycanda ilk dəfə olaraq, onlayn alış-veriş vaxtı QR ilə ödəniş metodu da tətbiq olunmuşdur. Alıcılar CİB ilə ödə stikerini gördüyü mağazalarda alış-veriş edərkən CİB mobil tətbiqinə daxil olub CİBdə yaddaşda saxladığı kart vasitəsilə QR ödənişini edə bilərlər.

Yaxın zamanda isə CİB ekosisteminin Bonus məhsulu da istifadəyə veriləcək ki, bu da öz növbəsində nağdsız ödənişlərin populyarlaşdırılmasına dəstək olacaq. Həmçinin, CİB Biznesə qoşulan mağazalar üçün Apple Pay ilə onlayn ödəmə həlli də tezliklə təqdim olunacaq.
Şirkət haqqında:
CİB Biznes CİB ekosisteminin bir parçasıdır. CİB Azərbaycanda ilk multi-bank mobil ödəniş sistemi kimi bazarda 2015-ci ildən fəaliyyət göstərir. CİB Biznes yeni B2B həlli kimi CİB ekosisteminin növbəti inkişaf mərhələsidir. Bu məhsulu yaratmaqda məqsəd mikro, kiçik və orta biznes sahiblərinə biznes prosesləri rəqamsallaşdırmağa dəstək olmaqdır. CİB Biznes sahibkara inventar idarəetməsini (stock management), müştərilərlə münasibətləri (CRM), satış prosesini, müxtəlif yollar ilə ödənişlərin qəbulunu və elektron ticarəti rəqamsallaşdırılmış şəkildə vahid bir məhsul olaraq təklif edir. CİB Biznesi seçən sahibkar bütün biznes proseslərini vahid bir həll üzərindən idarə edə bilir.
CİB Biznesə qoşulmaq üçün: https://cib.business
CİB mobil tətbiqini yükləmək üçün: https://cib.az/app

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
20 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
-
31 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
40 d. əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
43 d. əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
16 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb








.jpg)








