“PAŞA Kapital” “Silk Vey Vest Aviaşirkəti”nin istiqraz emissiyasını həyata keçirdi
(®) Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
27 dekabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, 10 000 ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac başa çatıb.
Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 4,21 faiz, kəsmə gəlirlilik isə 4,5 faiz təşkil etmişdir.
Xatırladaq ki, qeyd olunan istiqrazlar 3 (üç) il müddətinə buraxılır və onlar üzrə investorlara hər 3 aydan bir, illik 5,0 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir. İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
14 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
14 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
14 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb






















