Coca-Cola Yeni İlə “Əsl Möcüzə” qatır!
(®) Dünyanın ən sevilən içki brendi olan Coca-Cola Yeni İl bayramı ərəfəsində Azərbaycanda “Əsl Möcüzə” şüarı ilə genişmiqyaslı kampaniyaya start verib. Birgə olmağın və bayramı birlikdə qeyd etməyin sehrinə inanan şirkət bayram ab-havasına möcüzəvi anlar qatır.
Kampaniya çərçivəsində artıq Coca-Cola ənənəvi məşhur “Möcüzə Karvanı” ilə insanlara sevinc bəxş etməyə başlayıb. Paytaxtdan bölgələrə bayram sevinci və sovqatı aparan, Coca-Cola məhsullarını daşıyan 10 yük maşınından ibarət Karvan 14 şəhəri əhatə edir. Karvan Masallı, Lənkəran, Mingəçevir, Yevlax, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Şəki, Qax, Quba, Qusar, Sumqayıta səfər edərək Bakıya qayıdıb. Parlaq işıqlar, rəngarəng mənzərə və xüsusi musiqisi ilə hər il həyəcanla gözlənilən Karvan ziyarətçilərinin böyük marağına səbəb olur.
İnsanları gündəlik həyatda, xüsusən bayram günlərində müsbət və xoşbəxt anları hiss edib dəyərləndirməyə və həmrəy olmağa çağıran Coca-Cola, həmçinin, dekabrın 1-dən yanvarın 13-dək “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında baş tutan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının da əsas tərəfdaşlarındandır. Coca-Colanın meydanda qurduğu əzəmətli bayram yolkası qonaqlara və şəhər sakinlərinə əsl bayram ab-havası bağışlayır. Yarmarkada Coca-Colanın “Möcüzə Evi” isə Şaxtababa və Qar qızın görüşünə gələn balacalara unudulmaz sehirli anlar yaşadır.
Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev bayramın Coca-Cola üçün önəmindən danışıb:
“Yüz ildən artıqdır ki, Yeni İl Coca-Cola reklam kampaniyasının ayrılmaz hissəsinə çevrilib. Coca-Cola ənənəvi olaraq hər il Yeni İl həyəcanını hər kəsə çatdıra bilməkdən ötrü müxtəlif sosial kampaniyalar həyata keçirir. Bu il də çalışmışıq bayram sevincini bütün Azərbaycana yaya bilək. Bu məqsədlə müxtəlif tədbirlər hazırlamışıq. Artıq şəhərin müxtəlif yerlərində “Əsl Möcüzə” adı altında bayram postlarımızla bayramın əvəzsiz dəyərlərini bölüşürük. Fürsətdən istifadə edib Azərbaycan xalqını Yeni İl və Həmrəylik Günü münasibəti ilə təbrik edir, xoş il diləyirəm. Bayram süfrənizdə Coca-Cola ilə möcüzənin dadından həzz alın”.
Bildirək ki, “Əsl Möcüzə” bununla bitmir. Azərbaycan vətəndaşları həm virtual məkanda, həm də paytaxt Bakı və digər iri şəhərlərin küçələrində müxtəlif yaş, əqidə və dəyərləri təmsil edən insanları birləşdirəcək sehrli hadisələrin şahidi olacaqlar.
Xatırladaq ki, 1920-ci ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayır və bundan sonra Coca-Cola hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirirək Yeni İl möcüzəsinin gəlişini insanların yadına salır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
2 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















