Agentliyin saytında yeni elektron xidmət istifadəyə verilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi istifadəyə verilib. Yeni elektron xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfindəki tibbi xidmətlərin axtarış prosesinin sürətləndirilməsi və asanlaşdırılması məqsədi ilə yaradılıb.
Tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq üçün Agentliyin rəsmi internet səhifəsinə (its.gov.az) daxil olmaq lazımdır. Daha sonra əsas səhifədən Xidmətlər Zərfi bölməsinə keçid edib, tələb olunan tibbi xidməti 8 kateqoriya (“İlkin tibbi sanitariya yardımı”, “Təcili və təxirəsalınmaz tibbi yardım”, “Ambulator tibbi xidmət”, “Fizioterapiya xidməti”, “Laboratoriya xidməti”, “İnvaziv radioloji xidmətlər”, “Cərrahi tibbi xidmətlər” və “Stasionar terapevtik tibbi xidmətlər”) üzrə axtarmaq mümkündür. Bunun üçün xidmətin aid olduğu kateqoriya seçilərək axtarış yerində tibbi xidmətə uyğun açar söz daxil edilməlidir.
Söz axtarış xanasına daxil edildikdə həmin sözün olduğu bütün tibbi xidmətlərin siyahısı aşağıda avtomatik olaraq görsənir. Burada tibbi xidmətlərin adı ilə yanaşı xidmət müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ haqqında məlumat da vətəndaşa təqdim olunur.
Axtarılan tibbi xidmətin hansı kateqoriyaya aid olduğuna əmin olmadıqda isə ümumi axtarış xanasında açar sözü daxil etmək kifayətdir. Axtarışın dəqiq yerinə yetirilməsi üçün sorğunu söz birləşmələri üzrə deyil, açar söz üzrə səhvsiz vermək başlıca şərtdir. Qeyd olunmalıdır ki, açar sözdə hərf sayı 2-dən az olduqda axtarışın aparılması mümkün olmur.
Nəzərə alınmalıdır ki, təminata alınan tibbi xidmətlər müəyyən xəstəliklərin müalicəsi ilə əlaqəli olsa bələ onların adında axtarılan sözə rast gəlinməyə bilər. Məsələn, ürək-damar sistemi xəstəlikərinin müalicəsi üzrə çox sayda tibbi xidmətlər mövcuddur, lakin onların adlarında “ürək” sözü yoxdur: tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı, mədəcikarası çəpərin qüsuru, fallo tetradası. Digər misal kimi böyrək xəstəlikləri ilə bağlı cərrahi əməliyyatlarını gətirmək olar. Belə ki, Xidmətlər Zərfində “perkutan nefrolitotomiya”, “ekstrakorporal şokdalğalı litotripsiya” adlanan tibbi xidmətlər böyrək daşlarının çıxarılması və ya parçalanmasını özündə ehtiva edir. Bu səbəbdən sistemdə tibbi xidmətin axtarışı xəstəliyin, diaqnozun, müayinənin və s. adındakı sözlər üzrə aparılmalıdır. Tibbi xidmət tapılmadıqda isə vətəndaşlar diaqnozun dəqiq adını öyrənmək üçün yaşayış yeri üzrə tibb müəssisəsinə və ya müalicə həkimlərinə müraciət edə bilərlər.
Axtarış sistemindən istifadəyə dair ətraflı məlumat video təlimatda təqdim olunur.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Müqaviləli tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.
Eyni zamanda bildirmək istərdik ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə üzrə tibbi xidmətlər, habelə orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir






.jpg)
.jpg)






.jpg)






