Çinin xarici ticarət dövriyyəsində yeni rekord - 6 TRLİYON DOLLARI KEÇİB
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin Statistik Təhlil İdarəsinin rəisi Li Kuyven 2021-ci ildə Çinin xarici ticarət dövriyyəsinin 30,3% artaraq rekord səbiyyəyə- 6,05 trilyon dollara çatdığını bildirib.
Marja xəbər verir ki, Li Kuyven “2021-ci ildə ölkəmizin xarici ticarətinin həcmi 6,05 trilyon dollar təşkil edərək yeni tarixi səviyyəyə çatıb”, - mətbuat konfransında deyib.
Rəsmi vurğulayıb ki, pandemiya kontekstində Çin bu göstərici üzrə bütün ölkələr arasında liderliyini davam etdirir.
"Bundan başqa, Çinin xarici ticarəti intensiv və davamlı inkişaf edir", - Li Kuyven deyib.
Məlumatlara əsasən, 2021-ci il ərzində ölkənin ixracı 29,9% artaraq 3,36 trilyon dollara çatıb. İdxal isə 30,1% artaraq 2,69 trilyon dollar təşkil edib. Beləliklə, ötən ilin 12 ayı ərzində Çinin müsbət saldosu təxminən 25% artımla 670 milyard dolları keçib. Dekabrda Çinin ticarət həcmi noyabrla müqayisədə 1,2% azalaraq 586,53 milyard dollar təşkil edib.
Çinin ticarət dövriyyəsinin dinamikası Çin hökumətinin gözləntiləri ilə üst-üstə düşüb. Dekabrda ölkənin ticarət nazirinin müavini Ren Honqbin 2021-ci ildə Çinin xarici ticarətinin 6 trilyon dollara qədər artacağına dair proqnozunu açıqlamışdı. Onun fikrincə, yaxın aylarda beynəlxalq bazarda vəziyyət çətin olacaq.
2019-cu ildə Çinin ticarət dövriyyəsi 1% azalaraq 4,57 trilyon dollar, 2020-ci ildə isə 1,5% artaraq 4,64 trilyon dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)











.jpg)


