Nazir müavini: "Ekosistem olmasa startapçı ölkəni tərk edəcək"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda startapların aktivliyinin zəif olması səbəblərini araşdırır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, ekosistem olmasa startapçı ölkəni tərk edəcək.
Bunu R.Rüstəmov Pirallahı Sənaye Parkına marağın olmamasının səbəbini açıqlayarkən bildirib.
“Niyə insanlar Pirallahı Sənaye Parkına getmirilər?! Oranı 40 hektar deyil, 100 hektar da etsək getməyəcəklər. Çünki orada ekosistem yoxdur. Deməli biz yalnız bir məkana bağlamaqla deyil, çalışıb bütövlükdə ekosistemi düzgün qurmalıyıq. Bu gün startapçının yaratdığı məhsul hansı real sənaye ilə bağlıdır? Ekosistem olmasa startapçı ölkəni tərk edəcək.
Onu qeyd edim ki, bu sahədə qanunvericilik paketi hazırdır. Biz hesab edirik ki, startap yalnız bir məkana bağlı olmamalıdır. Bəzən deyirik ki, texnoparkdısa ancaq burada oturmalısız. Bəs eyni şərtlərlə digər məkanda fəaliyyət göstərmək mümkündürmü?”, - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, startapın ilk mərhələsində onun nə olacağını heç özləri də bilmirlər: "Deməli burda risk varsa bu mütləq vençur maliyyələşmə üsulu ilə həyata keçirilməlidir.
Artıq Azərbaycanda Vençur fondunun yaradılması və “Vençur haqıında” qanunun hazırlanması üzərində iş gedir. Təkcə 2021-ci ildə biz dəfələrlə oxşar təşəbbüslərlə çıxış etmişik. Amma onu deyim ki, bu bir ilə sığışacaq məsələlər deyil. Əgər təşkilatlanmanı da nəzərə alsaq biz yalnız 7-8 aydır ki, bu məsələlərlə məşğul ola bilmişik. Amma bu miqyasda məsələ ciddi qurumlararası koordinasiya tələb edir. Biz bütün dövlət və özəl sektor oyunçuları ilə sıx əməkdaşlıq edirik və bu iş birliyinin uğuruna inanırıq".
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















