Dolların bahalaşmasının davam edəcəyi gözlənilir
JP Morgan, FED-in açıqlamaları ilə bahalaşan dolların, FED-in ilk faiz artırımından sonra yüksəlişini davam etdirəcəyini, bundan 1-2 ay sonra isə pik həddinə çatacağını gözlədiklərini açıqlayıb.Qlobal investisiya bankı “JP Morgan” ABŞ Mərkəzi Bankının (FED) mart ayında faiz artırmasından sonra dolların möhkəmlənməyə davam edə biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, JP Morgan-nın Valyuta Strategiya Direktoru Daniel Hui, dolların qalxması üçün hələ də yer olduğunu qeyd edərək, “Bazarlar hələ də qiymət axtarışı rejimindədir. Dollar FED-in uçot dərəcəsini artırmasından sonra çox güman ki, 1-2 ay ərzində pik həddinə çatacaq”, - bildirib.
FED-in 2022-ci ildə 5 dəfə faiz artıracağı gözləntiləri güclənib.
Atlanta Fed-in prezidenti Raphael Bostic "Financial Times" qəzetinə verdiyi müsahibəsində ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyaya nəzarət etmək üçün Martda faizini 50 baza bəndi artıra biləcəyini bildirib.
Fed sədri Cerom Pauellin açıqlamaları dolların bahalaşmasına səbəb olub və Bloomberg Dollar Index 18 ayın ən yüksək səviyyəsinə qalxıb. Dolların ən çox ticarət edildiyi valyutalar qarşısında dəyərini ölçən indeks keçən il təxminən 5 faiz artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
9 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
9 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb





















