“Azər-Maya” şərkəti ləğv edilir
29 mart 2022-ci il tarixində “AzərMaya”ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, gündəlikdəki məsələlər - “Azər-Maya” ASC-nin 2021-ci il üçün maliyyə hesabatı və “Azər-Maya” ASC-nin ləğvidir.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) yığıncağın keçiriləcəyi tarixdən əvvəlki üç iş günü ərzində cəmiyyətin ofisində (Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllədə) iş vaxtı tanış olmaq mümkündür. Əlaqə telefonu- (012) 514-39-08.
Səhmdarlar ümumi yığıncaqda iştirak üçün şəxsiyyətlərini təsdiq edən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiqləyən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.
Qeyd edək ki, “Azər-Maya” ASC Peslənmiş xəmir mayası istehsalçısıdır.
YENİ ŞİRKƏT YARADIB
"Azər-Maya" ASC səhmdarlarının ötən il fervalın 25-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul olunmuş qərara uyğun olaraq yeni şirkət yaradıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azər-Mayaİstehsal" QSC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkət "Azər-Maya" ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3 105-ci məhəllədə qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1 milyon 761 min 150 manat, qanuni təmsilçisi isə Məmmədov Rüfət Əhədağa oğludur. O, həm də "Azər-Maya"nın İdarə Heyətinin sədridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 4 saat sonra
-
-
12 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
13 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
13 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
14 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























