Tranzit yüklər Azərbaycandan yan keçir: Səbəb nədir?
Türkmənistandan ixrac olunan karbamid yükü çox təəssüflər olsun ki, Azərbaycan üzərindən deyil, Rusiya Federasiyasına məxsus Kutum stansiyası üzərindan aşırılaraq Novorossiysk limanına, oradan da alıcılarına göndərilir. Yükün bizim üzərimizdən deyil, başqa yolla getməsi Azərbaycan dəmir yollarının, liman va logistik şirkətlərin itkisidir.Son 17 ildə Azərbaycanda həyata keçirilən beynəlxalq və regional iqtisadi layihələr ölkəmizi regionda əsas iqtisadi gücə çevirib. Bu, bir tərəfdən yeni iş yerlərinin yaradılmasına, digər tərəfdən ayr-ayrı qurumların gəlirlərinin artmasına və bununla yanaşı, büdcəyə daxilolmaları artırmaq məqsədi daşıyır. Həmçinin, özəl sektorun inkişafı üçün daha geniş imkanlar yaradır.
Belə iqtisadi layihələrdən biri də tranzit yükdaşımaların həcminin artması məqsədilə görülən işlərdir. Bu gün Azərbaycan Qərbdən (Türkiyə, Aİ), Cənubdan (İran və Hindistan), Şimaldan (Rusiya) keçən yolları birləşdirən dəmir yolu xətlərinin kəsişdiyi haba çevrilib. Tranzit yüklərin bu dəmir yolları vasitəsilə daşınaraq Qərb ölkələrinə, Șimaldan İran və Hindistana, Cənubdan Rusiyaya daşınması üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi əsas nəqliyyat qovşağı yaradılıb.
Onu da qeyd edək ki, əsası 1902-ci ildə qoyulmuş Bakı Limanı Xəzərin ən böyük limanıdır. 2015-ci ildə isə bu limana yeni nəfəs verilib. Beləliklə, Azərbaycanın tranzit yüklərin daşınması üçün potensialı çox böyükdür. Bəs reallıqlar necədir?
Rusiyanın Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin saytında yerləşdirilən məlumata görə, bu günlərdə Türkmənistandan ixrac olunan karbamid yükü çox təəssüflər olsun ki, Azərbaycan üzərindən deyil, Rusiya Federasiyasına məxsus Kutum stansiyası üzərindan aşırılaraq Novorossiysk limanına, oradan da alıcılarına göndərilir. 2 000 ton tranzit yükün bizim üzərimizdən deyil, başqa yolla getməsi Azərbaycan dəmir yollarının, liman va logistik şirkətlərin itkisidir.
Gördüyümüz kimi, bizim üzərimizdən istiqamətini dəyişərək keçən yüklərin səsi artıq şimaldan gəlir. Aidiyyəti qurumlar təxirəsalınmaz tədbirlər görməlidir ki, sabah bu səs Qərb və Cənub ölkələrindən də gəlməsin. Bunun üçün isə tranzit daşımalar və bütövlükdə nəqliyyatın, iqtisadiyyatın qaldırılmasını istəyiriksə bu barədə aidiyyəti qurumlar düşünməli və özəl sektorda olan daşıyıcı şirkətlərə barabərhüquqlu münbit şərait yaratmalıdırlar.
Bu məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, burada kifayət qədər fərqli faktorlar var.
Onun sözlərinə görə, Azərbaycan bugünə tam rəqabətli tranzit imkanları təmin edə bilmir: “Yəni Azərbaycan infrastrukturu təmin edəndə tariflərlə problem yaradır, tarifləri təmin etdikdə hansısa subyektin özü prosesdə problem yaradır. Yəni heç bir halda bütün faktorları optimallaşdırıb bir araya gətirə bilmirlər”.
Ekspert eyni zamanda düşünür ki, ölkənin uzunmüddətli strategiyası Azərbaycanın tranzit dəhlizinə çevrilməsidir və müstəqilliyin ilk günündən bu belədir: "Bu istiqamətdə işlər görülüb, addımlar atılıb. Amma bununla yanaşı bu istiqamətdə lazım olacaq görülməli bütün işlərin bir araya gətirilməsi mümkün olmur. Müxtəlif zaman çərçivəsində biz strategiyadan yayınmış oluruq və son nəticədə rəqabətli modeli ortaya qoya bilmirik”.
R. Həsənov düşünür ki, bunun bir çıxış yolu var ki, o da baxışın, yanaşmanın dəyişməsidir. Ekspert deyir ki, subyektlərin maraqları əsas olmamalıdır və bütün qərarlar ölkənin maraqlarına xidmət etməlidir: “Bütün görüləcək işlər bu istiqamətdə olmalıdır. Yüklərin Azərbaycandan yan keçməsində həmçinin tariflər rol oynayır, infrastrukturun müəyyən təsiri var. Heç kəsə sirr deyil ki, Azərbaycanda dəmir yol infrastrukturunun qurulmasına milyonlarla manat vəsaitlər xərclənib. Amma gedin Azərbaycan dəmir yollarının vəziyyətinə baxın. Bu gün dəmir yolları 20 km/saat sütərdə sərnişin daşıyır, 25 km/saat sürətlə isə yük daşıyır. Əslində isə belə olmamalıdır”.
O, qeyd edib ki, ortaya bir mövqe qoyulubsa, bu mövqe axıra qədər dəstəklənməlidir və qurduğun infrastrukturun və müəyyən etdiyin tariflər bütün parametrlərə cavab verməlidir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 20 saat sonra
- 18 saat sonra
- 9 d. əvvəl
-
-
32 d. əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
43 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 46 d. əvvəl
-
1 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Şuşa Bank və Sığorta Binası tikilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Ən çox oxunanlar
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi




















