Sabahdan “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək - AÇIQLAMA
Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 6 ay keçdikdən sonra buster doza ilə peyvəndlənməsi tövsiyə olunur. Bunun üçün https://randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, sabahdan etibarən ictimai iaşə müəssisələrinə (kafe, restoran və s.), mehmanxanalara, iri ticarət mərkəzlərinə, idman və sağlamlıq-bərpa obyektlərinə, toy və ya digər şənliklərə, ali təhsil müəssisələri və kolleclərə yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə veriləcək.
Dövlət qurumlarında, eləcə də bu qərarın əlavəsində sadalanan (tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı”nın olması tələb ediləcək.
Xatırladaq ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
30 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 47 d. əvvəl
-
53 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























