Rusiya Dolları bahalaşdırmağa hazırlaşır
Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da ölkənin valyuta ehtiyatları qorunacaq.
Rusiya mətbuatı xəbər verir ki, qurum iyulun 6-na qədər bazardan 45,1 mlrd. rubl (790 mln. ABŞ dolları) və yaxud gündəlik 2,1 mlrd. rubl (37 mln. dollar) ekvivalentində valyutanı çıxarmağı planlaşdırır. Bu isə may ayı üzrə dollar alışından 5,3 dəfə çoxdur.
Analitiklərin proqnozlarına görə, belə bir addım Rusiyada dolların məzənnəsinin sentyabr ayının əvvəlinə 60 rubla çatdıra bilər. Əgər neft qiymətləri 40 dollar/barelə enərsə o zaman dolların məzənnəsinin 70 rubla qədər yüksəlməsi də mümkündür.
Qeyd edək ki, ənənəvi olaraq ilk rübdə profisitlə üzləşən Rusiyanın tədiyyə balansı yay aylarında demək olar ki, 0-a düşür. Bu səbəbdən yaxın aylarda Maliyyə Nazirliyinin əməliyyatlarının dolların məzənnəsinə təsirinin yüksək olacağı gözlənilir. Dolların bahalaşmasına bir başqa səbəb də Rusiya Bankının (Mərkəzi Bank) iyunun 16-da uçot dərəcəsini artırmaq barədə qərarı ola bilər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)













.jpg)




