Birləşmiş Krallıqda heç bir partiya çoxluğu qazana bilmədi, Funt-sterlinq ucuzlaşdı
08:30
Böyük Britaniyanın Mühafizəkarlar partiyası vaxtından əvvəl keçirilən parlament seçkilərində liderlik edir.
Hazırda mühafizəkarlar 650 mandatdan 300-nü, leyboristlər isə 251-ni əldə ediblər. Şotlandiya Milli Partiyası 34, Liberal Demokratik Partiyası 11 mandat əldə edib. Digər partiyalar isə 21 mandat qazanıb. Səslərin hesablanması davam etdirilir.
Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib, Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.
06:56 XXX
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Böyük Britaniyanın siyasi gələcəyi, Baş nazir Tereza Meyin (Theresa May) Cümə axşamı günkü ümumi seçkidə üstünlüyü qazana bilmədiyini göstərən ilkin şok "Exit-poll" sorğusunun ardından olduqca qeyri-müəyyən bir dövrə yönəlib.
"Marja" xəbər verir ki, BBC və digər yayım təşkilatlarının sorğularına görə, May-ın Mühafizəkar Partiyası 650 kreslodan cəmi 314-nü qazanıb (314 millət vəkili). May, yeddi həftə öncə erkən seçki çağırışı edəndə 330 yerə malik idi. Parlamentdə çoxluğun əldə edilməsi üçün 326 kresloya sahib olmaq lazımdır.
Jeremy Corby-in Fəhlə Partiyasının (leyboristlər) 266 yer qazandığı bildirilir. Fəhlə Partiyası seçki öncəsi 229 yerə malik idi.
Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.
İlkin nəticənin ardından Funt-sterlinq Dollar qarşısında 2%-ə yaxın ucuzlaşaraq Aprel ayından bu yana ən aşağı səviyyəsinə enib.
Bu kimi sorğular adətən etibarlı olur, ancaq hər iki tərəfin siyasi liderləri, bu nəticələrə hələ bu qədər tez güvənməyə ehtiyat edirlər. 2015-ci ildəki seçkinin ardından açıqlanmış ilkin sorğu nəticəsi Mühafizəkarların yekun qələbəsini əskik göstərmişdi.
ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ
İndi investorlar, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) referendumun ardından hələ bir il belə keçməmiş digər bir siyasi çaxnaşmanın astanasına gəldiyini düşünür.
Diqqətlər ilk öncə, Brexit danışıqları öncəsi mövqeyini gücləndirmək üçün erkən seçkiyə gedən May-ın gələcəyinə çevriləcək. Əgər “Exit poll” sorğusu doğru çıxarsa, May, istefa vermək, ya da yeni bir hökumət qurmaq barədə qərar verməlidir. Həmçinin seçki nəticəsi, May-in Brexit-i reallaşdıra biləcəyi barədə şübhələr yarada bilər.
Brexit danışıqlarının 19 İyun həftəsi başlaması planlaşdırılırdı, ancaq indi bu tarix yəqin ki, təxirə salınacaq.
Beləliklə, sorğu nəticələrinə görə, Birləşmiş Krallıqda bir koalisiya və ya azlıq hökuməti ehtimalı meydana çıxmış olur.
Rəsmi nəticələrin bu gün açıqlanacağı gözlənilir.
Parlament, İngiltərə Kraliçası 2-ci Yelizaveta tərəfindən 19 İyunda açılacaq. Hökumətin də o tarixə qədər qurulması gözlənilir.
2015-ci ildəki son parlament seçkisində Mühafizəkar Partiya 330 deputat ilə təkbaşına hakimiyyətə gəlmişdi.
Müştərilərin xəbərləri
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
14 d. əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
- 27 d. əvvəl
- 32 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
1 saat əvvəl
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı kəskin azalıb
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Azərbaycan neftinin son qiyməti
“Azərpambıq”ın ixracı 71% artıb
“Aqrarkredit” 9 milyon manatlıq daşınmaz əmlakı satışa çıxarır
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür






















