Azərbaycanda neft hasilatı 6,4 faiz azalıb, qaz hasilatı 17,8 faiz artıb
Dövlət Statitika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında 13,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 20,8 faiz artmışdır.
Sənaye məhsulunun 72,9 faizi mədənçıxarma sektorunda, 22,4 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,8 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 5,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, tikinti materiallarının istehsalı 83,8 faiz, elektrik avadanlıqlarının istehsalı 78,2 faiz, mebel istehsalı 75,9 faiz, hazır metal məmulatlarının istehsalı 53,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 48,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 44,5 faiz, maşın və avadanlıqların istehsalı 43,3 faiz, əczaçılıq məhsullarının istehsalı 42,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 41,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 39,6 faiz, poliqrafiya məhsullarının istehsalı 37,0 faiz, neft məhsullarının istehsalı 25,4 faiz, kağız və karton istehsalı 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,2 faiz, qida məhsullarının istehsalı 14,1 faiz, geyim istehsalı 12,3 faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,7 faiz, tütün məmulatlarının istehsalı 10,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2 faiz, içkilərin istehsalı 15,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 27,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,8 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























