Rusiyanı tərk edən qlobal dünya şirkətlərinin sayı 200-ə çatıb
Rusiyanın Ukraynaya müharibəsi səbəbindən qlobal brendlər bu ölkənin bazarını tərk etməkdə davam edir.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən xəbər verilir.
Məlumata görə, belə şirkətlərin sayı 200-ə yaxındır.
Xüsusən onların arasında “Shell”, “Lufthansa”, “Airbus” (energetika, aviasiya), “Mercedes-Benz”, BMW, “Skoda Auto as”, “Audi” (avtomobilqayırma), “Bolt”, “Google Pay”, “Mastercard”, “Visa”, “Western Union” (maliyyə, hüquq mərkəzi, logistika), “Adidas”, “Puma”, “Nike”, “Disney” (mal və əyləncə), “Netflix”, “Apple”, “Spotify”, “Microsoft” (texnologiya sənayesi) və digərləri var.
Xatırladaq ki, Rusiyanın Ukraynaya müharibəsindən sonra digər qlobal şirkətlər də kütləvi şəkildə bu ölkənin bazarındakı fəaliyyətlərini dayandırıblar. Martın 10-da qlobal “Fast food” restoranlar şəbəkəsi “Burger King” Rusiya şəbəkəsinə dəstəyi dayandırmaq, “Formula-1” isə bu ölkə ilə bütün əlaqələri kəsmək qərarına gəlib.
Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




