S&P qlobal iqtisadi artım proqnozunu aşağı saldı
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) bu il üçün qlobal iqtisadi artım proqnozunu 4,2 faizdən 3,6 faizə endirib.
Marja xəbər verir ki, S&P-nin yaydığı açıqlamada 2022-ci ilə "sağlam" başlanğıcdan sonra Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadi artımı yavaşlatdığı bildirilib.
Risklərin aşağı istiqamətdə olduğuna diqqət çəkən açıqlamada münaqişənin ticarət, enerji və əmtəə qiymətləri, güvən və siyasət reaksiyalarına təsir edəcəyi qeyd edilib.
Açıqlamada bu il üçün qlobal iqtisadi artım proqnozunun 0,6 faiz bəndi azaldılaraq 3,6 faizə salındığı qeyd edilib.
Açıqlamada, ABŞ-ın bu il üçün artım gözləntisinin 0,7 bənd azaldılaraq 3,2 faizə, Avro Bölgəsi iqtisadiyyatı üçün gözləntinin isə 1,1 bənd azaldılaraq 3,3 faizə endirildiyi bildirilib.
Açıqlamada Çin iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunun 4,9 faiz olaraq saxlanıldığı bildirilib.
S&P-nin açıqlamasında Rusiya iqtisadiyyatının bu il 8,5 faiz azalmasının gözlənildiyi bildirilib.
Siyasət məsələsi olaraq inflyasiyanın ön plana çıxdığına diqqət çəkilərək, ABŞ dollarının məzənnəsinin yüksəlməsinin maliyyə şərtlərini sərtləşdirəcəyi, iqtisadi artımı yavaşladacağı və digər iqtisadiyyatlara mənfi təsir edəcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






