"İri marketlər quş əti istehsalçılarına maneələr yaradır, ödənişi aylarla yubadırlar"
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək niyyətindədir.
Assosiasiyanın Analitika və İctimaiyyətlə əlaqələr departamentindən Marja-ya verilən məlumata tigörə, Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirə etməyi xahiş edib.
Assosiasiyanın sədri Mürvət Həsənli bildirir ki, hər bir ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas yolu yerli istehsalın yaradılması, inkişaf etdirilməsidir: “Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycanda bu baxımdan dövlət tərəfindən yerli istehsalçılara yönəlik bir sıra mühüm dəstək tədbirləri həyata keçirilir.
Ölkəmizdə əhalinin qida rasionunda mühüm yer tutan ərzaq məhsullarından biri də quş ətidir. Fəxrlə deyə bilərik ki, yerli istehsalçılarımızın ölkəmizin bu məhsula tələbatını tamamilə ödəmək potensialı var. Lakin istehsal müəssisələrinin bu potensialı tam isitfadə etməsi bir sıra səbəblərdən hələ ki, mümkün olmur. Bu səbəblər arasında iri pərakəndə ticarət şəbəkələrinin yaratdığı maneələr mühüm yer tutur. Belə ki, bu şəbəkələr istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmir, aylarla yubadırlar. Bu isə istehsal zəncirində ciddi ləngimələrə səbəb olur. Eyni zamanda pərakəndə ticarət şəbəkələrinin bir çoxunda quş əti məhsulları tələb olunan şəraitdə saxlanmır. Bu isə istehsalçılar üçün məhsul itkisinə, istehlakçılar üçünsə qida təhlükəsinə səbəb olur. Bundan əlavə, qeyri-adekvat saxlama şəraitinə görə keyfiyyəti aşağı düşən quş əti məhsullarına alıcıların inamı azalır.
Yerli quş əti istehsalçılarının üzləşdiyi bu problemləri ətraflı müzakirə etmək, onların aradan qaldırılmasına nail olmaq üçün biz əlaqədar dövlət qurumlarının rəhbərləri ilə görüşmək qərarına gəldik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























