ABŞ-ın ehtiyatdan satış qərarının neftə təsiri davam edir
ABŞ-ın strateji neft ehtiyatlarında yeni satış qərarı bu həftənin ilk əməliyyatlarında da neft qiymətlərinə təsirini davam etdirib.
Marja xəbər verir ki, ABŞ-ın strateji neft ehtiyatlarından bazara satma qərarı qiymətləri aşağı salıb. Bazar iştirakçıları Çində artan Covid-19 böhranına da diqqət yetirirlər.
Ötən həftə 13 faiz ucuzlaşan ABŞ xam nefti yeni həftəyə 100 dollardan bir az aşağı qiymətdən başlayb. Brent markalı neft tərəfində isə 104 dollar səviyyəsi müşahidə olunub (Bakı vaxtı ilə saat 09:00-a olan məlumat).
Ehtiyat satışlarının neftə təsiri müşahidə olunarkən, dünyanın ən böyük neft ticarəti şirkətlərindən biri olan "Vitol"dan qiymətlərin həddindən artıq aşağı düşdüyünə dair yeni xəbərdarlıq edib.
Keçən həftə OPEC+ may ayında gözlənildiyi kimi gündəlik neft hasilatını 432 min barel artırmağa razılaşıb.
Ötən həftə neft bazarı üçün ən mühüm xəbər ABŞ-ın strateji neft ehtiyatlarını satmaq qərarı olub.
ABŞ administrasiyası benzinin qiymətinin aşağı salınmasına və ölkə daxilində inflyasiya ilə mübarizəyə kömək etmək üçün strateji neft ehtiyatlarından gündəlik 1 milyon barel neft satışa çıxaracağını açıqlayıb.
Ağ Evdən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumunu gücləndirdiyi vaxtdan bəri benzinin qiymətinin təxminən 1 dollar artdığı, neft tədarükünün azaldığı və müharibə səbəbindən qiymətlərin artdığı qeyd edilib.
Açıqlamada ABŞ prezidenti Co Baydenin benzinin qiymətinin artırılması ilə bağlı 2 mərhələli plan açıqlayacağı bildirilib və planın birinci mərhələsinin tədarükün artırılması olduğu vurğulanıb.
Açıqlamada ABŞ-ın müttəfiqləri ilə apardığı məsləhətləşmələr nəticəsində qarşıdakı 6 ay ərzində gündəlik orta hesabla 1 milyon barel neft satışa verəcəyini bildirilib və bu məbləğin tarixdə ən böyük ehtiyat satışı olduğu qeyd edilib.
Çində Covid-19 böhranı şiddətlənir
Çində koronavirus epidemiyasının yayılması həyəcanverici həddə çatıb. Ölkənin maliyyə mərkəzi olan Şanxayda epidemiyanın yayılması diqqəti çəkir. Şanxayda son 24 saatda 425 xəstəlik əlaməti və asemptomatik adlandırılan 8 min 581 yoluxma faktı qeydə alınıb.
Ötən gün xəstəliyin əlamətlərini göstərən 438, göstərməyən 7788 fakt aşkar edilib.
26 milyondan çox əhalisi olan şəhərdə yoluxanların artması ilə əlaqədar olaraq, Huanqpu çayının qərb hissəsində həftənin əvvəlində elan edilmiş mərhələli karantin davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)






