Tarif Şurasından nəqliyyatda gediş haqqı barədə açıqlama
Tarif Şurası daşıyıcı şirkətlərin sərnişindaşımda tariflərin yenidən baxılması ilə əlaqədar müraciətlərinə münasibət bildirdiHazırda Tarif Şurasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tariflərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.
Bu barədə Tarif Şurasından daşıyıcı şirkətlərin sərnişindaşımda tariflərin yenidən baxılması ilə əlaqədar müraciətlərinə münasibət bildirərkən qeyd edilib.
Vurğulanıb ki, sözügedən məsələnin müzakirə olunması üçün subyektlər tərəfindən təkliflər Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır:
"Məlumatlar bu Qaydalara uyğun təqdim edildikdən sonra məsələyə Şuranın iclasında əhalinin alıcılıq qabiliyyəti, istehlakçıların və bu sahədə xidmət göstərən subyektlərin maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və s. bu kimi amillər nəzərə alınmaqla baxılır və məqsədəuyğun hesab olunduğu təqdirdə tariflərin dəyişdirilməsi barədə qərar qəbul edilir".
Xatırladaq ki, aprelin 8-də Azərbaycanda özəl daşıyıcılar Tarif Şurasına müraciət edib. Müraciətdə deyilib ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb: "Buna baxmayaraq hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80 %-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






