Azərbaycanda qoyun və keçilərin sayı 110 min başdan çox azalıb
2022-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 8168,8 min baş qoyun və keçi, 2666,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1295,3 min baş inək və camış, 5952 baş donuz mövcud olmuşdur.İribuynuzlu mal-qaranın 48,6 faizini inək və camışlar təşkil edir.
Marja Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci il aprelin 1-i ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 6,1 min baş (0,2 faiz), inək və camışların sayı 8,4 min baş (0,7 faiz) artmış, qoyun və keçilərin sayı isə 110,4 min baş (1,3 faiz) azalmışdır.
Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 19,8 min ton (keçən il 18,9 min ton) quş əti və 191,7 milyon ədəd (keçən il 183,6 milyon ədəd) yumurta istehsal olunmuşdur. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 182,8 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 60 ədəd yumurta alınmışdır.
2022-ci ilin yanvar-mart aylarında diri çəkidə 134,3 min ton ət, 493,3 min ton süd, 476,6 milyon ədəd yumurta və 94,0 min ton tərəvəz istehsal olunmuşdur. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 3,0 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 2,8 faiz, tərəvəz istehsalı 16,9 faiz artmışdır.
2021-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 14,4 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























