PAŞA Bank Türkiyədə mənzil sahibi olmaq istəyən azərbaycanlılara kredit verəcək
Aprel ayından etibarən PAŞA BAnkın Türkiyədə törəməsi olan "PAŞA Bank Türkiyə" bu ölkədə ev sahibi olmaq istəyən azərbaycanlılara mənzil krediti verməyə başlayacaq.Azərbaycanlıların Türkiyədə mənzil almağa marağı “PAŞA Bank Türkiyə”ni hərəkətə keçirib.
Marja xəbər verir ki, 2015-ci ildən Türkiyədə fəaliyyət göstərən bank azərbaycanlıların Türkiyədə ev almasını asanlaşdırmaq üçün aprel ayından etibarən Azərbaycan vətəndaşlarına mənzil krediti (ipoteka krediti) verməyə başlayacaq. Kreditdən türk lirəsi ilə yanaşı, Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə də istifadə etmək olarcaq. Bank gələcəkdə Türkiyə vətəndaşlarına da kredit verməyi planlaşdırır.
“PAŞA Bank Türkiyə”nin baş direktor müavini Hale Yıldırım, “Türkiyə və Azərbaycan iki qardaş ölkədir, biz iki dövlət, bir millətik. Azərbaycanlıların Türkiyəyə marağı yüksəkdir, bura onların da vətənidir. Biz "PAŞA Bank Türkiyə" olaraq 2021-ci ildə Premium Banking bölməmizi yaradaraq fərdi müştərilərə investisiya məhsulları təklif etməyə başlamışıq” deyib.
Türkiyəyə marağı ilk öncə PAŞA Holdinq şirkətlər qrupunun işçiləri arasında sorğu keçirərək ölçdüklərini və ev almaq istədikləri yerləri müəyyənləşdirdiklərini qeyd edən Yıldırım: “Bu ay keçiriləcək təqdimatdan sonra, Azərbaycan vətəndaşlarına fərdi ipoteka kreditləri verməyə başlayacağıq. Müştərilərimiz kreditdən türk lirəsi ilə yanaşı, Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə də istifadə etmək imkanı əldə edəcəklər. İpoteka kreditimizi əvvəlcə PAŞA Qrupun əməkdaşlarına, sonra isə bütün Azərbaycan vətəndaşlarına təqdim edəcəyik”.
Yıldırım qarşıdakı dövrdə Türkiyə vətəndaşlarına da ipoteka krediti verməyi planlaşdırdıqlarını açıqlayıb. Bu il pilot layihə tətbiq edəcəklərini qeyd edən Yıldırım, “Bu məhsulda ipoteka məbləği alınacaq daşınmaz əmlakın 70%-i ilə məhdudlaşacaq. Müddət; məbləğdən və valyuta növündən asılı olaraq orta hesabla 5 il olacaq”, - bildirib.
Türkiyədəki ev qiymətlərinin azərbaycanlılar üçün daha cəlbedici olduğunu vurğulayan Hale Yıldırım deyib: “Türkiyəyə tez-tez səfərlər və Türkiyəyə təhsil almağa gələn universitet tələbələrinə görə mənzilə tələbat artır. İstanbul başda olmaqla Ankara, İzmir, Antalya və Muğlaya maraq yüksəkdir”.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 182 mənzil alıblar. Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)










