Xalq Bank 2022-ci ilin ilk rübünün yekunlarını açıqladı
2022-ci ilin ilk rübünü Xalq Bank 7 milyon manatdan çox xalis mənfəət ilə başa vurub.2022-ci ilin 1-ci rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının aktivləri ötən ilin sonu ilə müqayisədə 48,1 milyon manat artaraq 31 mart 2022-ci il tarixində 2 milyard 387,5 milyon manata çatıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi 1 milyard 421,9 milyon manat, depozit portfelinin həcmi isə 1 milyard 566.28 milyon manat təşkil edib.
Bank 2022-ci ilin ilk rübü ərzində 7,01 milyon manat xalis mənfəət əldə edib.
"Xalq” Bankın cəmi kapitalı 449,4 milyon manat təşkil edib.
"Əsas maliyyə göstəricilərinə əsasən, Xalq Bank sektorda öz mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından biridir",- press-relizdə bildirilir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























