“Port of Baku”nun xalis mənfəəti 5 dəfə artıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2020-ci ili 1 milyon 338 min manat xalis mənfəətlə başa vurub.
Səhmdar cəmiyyətinin maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 4,9 dəfə çoxdur.
2020-ci ildə Bakı Limanının əsas əməliyyat gəlirləri 20 milyon 155 min manat (2019-cu ilə nisbətən 8,9% çox), digər əməliyyat gəlirləri 6 milyon 897 min manat (3,3 dəfə çox), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 12 milyon 947 min manat (19,6% çox), saxlanma və təmir xərcləri 3 milyon 895 min manat (80% çox), köhnəlmə xərcləri 1 milyon 179 min manat (45,2% çox), sosial xərcləri 884 min manat (2,2% çox), kommunal xərcləri 763 min manat (18,1% çox), rabitə xərcləri 842 min manat (70,4% çox), reklam xərcləri 366 min manat (0,8% çox), ofis xərcləri 318 min manat (25,7% çox), tədqiqat xərcləri 113 min manat (46,4% az), ezamiyyə xərcləri 104 min manat (3,8 dəfə az), bank xərcləri 94 min manat (16% çox), peşəkarlıq və məsləhət xidmətləri xərcləri 64 min manat (5,9% az), sanitariya və ekoloji xərcləri 31 min manat (1,1% az), digər əməliyyat xərcləri 2,23 milyon manat (2,4 dəfə çox), faiz xərcləri 10 min manat (3,8 dəfə az), məzənnə fərqindən zərəri 23 min manat (3,3 dəfə az), digər xərcləri 76 min manat (4,9 dəfə az), mənfəət vergisi ödəmələri 103 min manat (32,2% az), mənfəət vergisindən başqa digər vergi ödəmələri 847 min manat (4,2% çox), sığorta haqqı ödəmələri isə 826 min manat (16% çox), təşkil edib.
2021-ci il yanvarın 1-nə Bakı Limanının aktivləri 93 milyon 774 min manat olub ki, bu da illik müqayisədə 3,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 40,3% artaraq 6 milyon 433 min manata, balans kapitalı isə 1,5% artaraq 87 milyon 341 min manata çatıb.
Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 6 d. əvvəl
-
- 14 d. əvvəl
- 44 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
11 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub






.jpg)







.jpg)




