Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfədən çox artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-mart aylarını 7,2 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının statitikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.
Ötən il BOKT-ların gəlirləri 25,6 milyon manat (illik müqayisədə 42,2 % çox), xərcləri 16,9 milyon manat (24,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,3 milyon manat (31,6 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 0,5 milyon manat (25% çox) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-ların aktivləri 415,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,8 % çoxdur. Bunun 308,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 34,2 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 31,8 % artaraq 236,3 milyon manata, balans kapitalı isə 25% artaraq 179,2 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 23,9% artaraq 154,1 milyon manata çatıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























