BDU-nun Hüquq fakültəsinə yeni dekan seçilib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı vəzifəsinə seçkilər keçirilib. Zaur Hümbət oğlu Əliyev səs çoxluğu ilə fakültənin dekanı seçilib.
Universitetin yaydığı məlumatda bildirilir ki, Əliyev Zaur Hümbət oğlu 29 yanvar 1980-ci ildə Bərdə şəhərində anadan olub.1996-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi, 2000-ci ildə Bakı Dövlət Universiteti, "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinin "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
2005-ci ildə həmin universitetin “Beynəlxalq hüquq” ixtisası üzrə qiyabi aspiranturasına qəbul olub, 2009-cu ildə aspiranturanı bitirib və "Avropa İnsan Hüquqları Məhkəməsinin yuris diksiyası" mövzusunda dissertasiya işi müdafiə edib. Dissertasiya işinə dair bir sıra xarici ölkələrin ali təhsil müəssisələrindən (ABŞ-ın Pensilvaniya Universiteti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti, Kazan Dövlət Universiteti, Saratov Dövlət Universiteti, Kemerovo Dövlət Universiteti və s.) müsbət rəylər daxil olub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 iyun 2011-ci il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Beynəlxalq hüququn və insan hüquqlarının aktual problemlərinə həsr olunan məqalələri mütəmadi olaraq ölkədaxili və beynəlxalq elmi jurnallarda (Moskva Beynəlxalqhüquq Jurnalı, Rusiya Beynəlxalq Hüquq İllik Məcmuəsi, Avrasiya Hüquq Jurnalı və s.) çap olunur. Xarici ölkələrdə Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətinə dair çap olunan bir sıra məqalələri Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin kitabxanasında saxlanılır. Beynəlxalq hüquq və insan hüquqlarına dair 50-dək elmi əsərin (dərsliklər, dərs vəsaitləri, məqalələr və s.) müəllifi, həmçinin 2011-ci ildə Moskvada çap olunmuş “İnsan hüquqlarının beynəlxalq və dövlətdaxili müdafiəsi” adlı dərsliyin (Между на родная и внутригосударственная защита прав человека. Учебник. Москва, Статут, 2011. - 830 с.) həmmüəlliflərindən biridir.
Müxtəlif ölkələrdə beynəlxalq hüquq və insan hüquqlarının müasir problemlərinə həsr edilmiş 40-dək beynəlxalq forum və konfranslarda məruzə ilə çıxış etməklə iştirak edib. Avropa İnsan Hüquqları Məhkəməsi 7 Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistratura səviyyələrində “İnsan hüquqları” fənnini tədris edib. 2002-ci ildən Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvüdür. 4 iyul 2008-ci ildə beynəlxalq hüquq və insan hüquqlarının inkişafı və təbliğində səmərəli fəaliyyətinə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Elmlər Akademiyası və Rusiya Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən fəxri fərmanla təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 10 may 2019-cu ildə humanizm, xeyirxahlıq və vətənpərvərlik kimi ideallara əsaslanaraq həyata keçirilən genişmiqyaslı layihələrdə fəal iştirakına görə Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə xatirə diplomu ilə təltif edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
-
27 d. əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
44 d. əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
1 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
1 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























