Neft qiymətləri 2015-ci ildəki kimi düşür
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
Neft qiymətləri, ABŞ-da ehtiyatların yüksək qalmaqda davam etməsi və Liviyada hasilatın son dörd ilin ən yüksək səviyyəsinə doğru yüksəlməsinin təsirilə geriləyir. Neft qiymətləri 2015-ci ilin Avqust ayından bu yana ən uzun həftəlik geriləmə dövrünü keçirir.
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft ehtiyatları ötən həftə gözlənildiyindən az düşüb və ümumi ehtiyatlar son beş ilin orta göstəricisindən 100 milyon barel çoxdur. "National Oil Co"ya görə, OPEC-in hasilatın azaldılması müqaviləsinə daxil olmayan Liviya İyul ayının sonunda hasilatını gündəlik 1 milyon barrelə çıxaracaq.
ABŞ-da da istehsalın artması, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC), Rusiya və Azərbaycanın da olduğu digər bəzi istehsalçıların hasilatlarını azaltmalarının müsbət təsirlərini silir. Bu həftə neft qiymətləri son yeddi həftənin ən aşağı səviyyəsinə enib. Beynəlxalq Enerji Agentliyinin (IEA), Çərşənbə günü açıqladığı 2018-ci il üçün ilk proqnozuna görə, OPEC-in rəqiblərində hasilatın artması hesbına gələn il təklif tələbdən çox olacaqdır.
YENİ İMKANLAR – YENİ MOBİL BANK!
Analitiklər bildirirlər ki, əgər qiymətlər 40 dollara düşsə OPEC buna reaksiya verəcəkdir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 3 sent düşərək 44.43 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında1 sent düşərək bareli 46.93 dollara enib. Qiymətlər bu həftə 2.6 faiz düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)







.jpg)










