Bank 20-ci filialını istifadəyə verdi
Ölkənin aparıcı banklarından olan Bank of Baku, müştərilərinə daha yaxın xidmət göstərmək məqsədilə sayca 20-ci filialını – Nərimanov filialını müştərilərinin ixtiyarına verib.
Bankın yaydığı məlumatda bildirilir ki, Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda yerləşən filialda müştərilərə yüksək xidmət göstərilməsi üçün bütün şərait yaradılmış, filial müasir dizayn və texnoloji avadanlıqlarla təmin olunmuşdur.
Açılış mərasimində bankın nümayəndəsi Orxan Kazımov çıxışında, filial haqqında məlumat verərək bildirib ki, Nərimanov filialında müştərilər bütün bank xidmətlərindən müxtəlif kredit məhsulları, kassa əməliyyatları, əmanət, bank kartları, pul köçürmələri, ödənişlər, valyuta mübadiləsi və s. faydalana bilərlər.
“Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76H” ünvanında yerləşən Nərimanov filialı həftəiçi hər gün saat 09:00-dan saat 17:00-dək, şənbə günü isə saat 10:00-dan saat 15:00-dək müştərilərə xidmət göstərəcək.
XXX
"Bank of Baku" Bakının Nərimanov rayonu ərazisində 20-ci filialını - "Nərimanov" filialını istifadəyə verib.
Filial Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76H ünvanında yerləşir.
.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
21 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
24 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
34 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 45 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
























