“Azərbaycan Hava Yolları”nda böyük zərər
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub. Halbuki, AZAL 2019-cu ili 78 milyon 770 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə AZAL-ın xalis zərəri 3% azalıb.
Marja.az xəbər verir ki, 2019-cu ildə AZAL-ın daşımalardan və və digər xidmətlərdən gəlirləri 1 milyard 8 milyon 459 min manat ikən, 2020-ci ildə 335 milyon 236 min manata düşüb (3 dəfə azalıb). Gəlirlərin azalması koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudiyyətlər ilə bağlıdır.
Həmçinin 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya alıb.
AZAL-ın zərər etməsinin əsas səbəbləri yüksək əməliyyat və maliyyə xərcləridir. 2020-ci ildə AZAL-ın əməliyyat xərcləri 540 milyon 149 min manat, maliyyə xərcləri isə 83 milyon 966 min manat təşkil edib.
Covid-19 ilə əlaqədar hökumətdən alınmış subsidiyanın, maliyyə və mənfəət vergisi xərclərinin azalması hesabına AZAL-ın xalis mənfəəti cüzi azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























