“AGBank”ın son 2 ildəki zərəri “dodaq uçuqladır”
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
"AGBank"ın gününə ağlayan lazımdır.
“Marja” xəbər verir ki, KPMG audit şirkəti Azərbaycanın “AGBank” ASC-nin 2016-cı il üzrə maliyyə hesabatlarını təsdiq edib və hesabatlar Bankın İnternet səhifəsində dərc olunub.
“Marja” hesabata istinadən xəbər verir ki, “AgBank” son 2 ildə 155 milyon manata yaxın xalis zərər edib. 2015-ci ildə 88 milyon 386 min manat zərər edən Bank, 2016-cı ilin yekunları üzrə də 66 milyon 552 min manatlıq zərər açıqlayıb.
2015-ci illlə müqayisədə Bankın faiz gəlirləri 47 milyon 277 min manatdan ötən il 32 milyon 388 min manata geriləyib.
Qeyd edək ki, Bankın zərərinin səbəblərindən biri gəlirinin azalmasıdırsa, digər əsas səbəbi ehtimal olunan zərərlər üzrə ehtiyatın yaradılmasına ayrılan vəsaitdir. Bank iki il ərzində ehtiyatlara 117 milyon 226 min manat ayırıb. Bu bankda ödəmə vaxtı keçmiş kreditlərin kəskin artdığına işarədir. Əgər kreditlər qayıtmasa Bank itkisini ehtiyatlar ilə qismən bərpa etməlidir. Ehtimalı aşağı olsa da, əgər kreditlər qayıtsa, ehtiyat azad olunacaq və gələcək dövrlərdə əməliyyat mənfətinə əlavə olunacaqdır.
KAPİTALI NEQATİVƏ DÜŞÜB
Böyük zərər ilə əlaqədar olaraq Bank kapitalının xeyli hissəsini itirib. 2016-cı ilin sonunda Bankın cəmi balans kapitalı neqativ 30 milyon 682 min manat təşkil edib. 2015-ci ilin sonunda bu rəqəm neqativ 43 milyon 524 min manat idi.
SƏHMDARLARIN YENİ YATIRDIĞI PULLAR DA “BUXARLANIB”
Qeyd etdiyimiz kimi, 2016-cı ildə zərər ilə bağlı olaraq AGBank-ın cəmi balans kapitalı neqativ 43 milyon 524 min manata düşmüşdü, səhm kapitalı isə 25 milyon manat idi. 2016-cı ilin əvvəlində səhmdarları bankın səhm kapitalını 77,2 milyon manat artıraraq 102 milyon manata qaldırdılar. Lakin 2016-cı ildəki zərər daxil yığılmış cəmi 144 milyon 139 min manatlıq zərərə görə, Bankın cəmi kapitalı neqativdən xilas ola bilmədi.
BANK KİÇİLİB
31 Dekabr 2016-cı il tarixində “AgBank” 434 milyon 478 min manat cəmi aktivlərə 465 milyon 160 min manat cəmi öhdəliklərə malik olub. 2015-ci ilin sonunda Bankın cəmi aktivləri 494 milyon 56 min manat, cəmi öhdəlikləri isə 537 min 580 min manat idi.
Qeyd edək ki, "AgBank" 2016-cı il ərzində 77,2 milyon manatlıq kapital artırımını göstərərək ictimaiyyətə "hər şeyin yaxşı olduğu" mesajını verirdi. Bu gün məlum olur ki, Bank kapitalın itirib, vəziyyət deyildiyi kimi düzəlməyib.
Audit hesabatı: https://www.agbank.az/site/assets/files/3604/draft.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)




.jpg)
